"Qarabağ"ın rəqibində ciddi itki
20 Oktyabr 2015 19:40 İdman"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem" ciddi itki ilə üzləşib. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, London təmsilçisinin yarımmüdafiəçisi Naser Şadli zədələnərək sıradan çıxıb. "Liverpul"la Premyer Liqa görüşündə (0:0) zədələnən futbolçunun bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Belədə 26 yaşlı futbolçu Avropa Liqasında "Anderlext"lə heç bir görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində səfərdə "Anderlext"in qonağı olacaq "Tottenhem" iki həftə sonra Belçika təmsilçisini evdə qəbul edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31