Sisse futboldan getdi

Fransa millisinin sabiq hücumçusu Djibril Sisse futbolçu karyerasını başa vurub. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə onun özü gözyaşları içərisində "Kanal Plus" telekanalında qatıldığı proqramda bildirib. O,   yanvar ayında əməliyyat olunacağını deyib: "Artıq bədənim dincəlməlidir. Bəli daha bitti, artıq peşəkar səviyyədə futbol oynaya bilmərəm. Həyatımda yeni bir səhifə açmalıyam".

Qeyd edək ki, D.Sisse Fransa millisində oynadığı 41 matçda 9 qol vurub. O, "Liverpul", "Marsel", "Latsio", "Panatinaikos", "El-Qarafa", "Kuban", "Bastiya", "Sen-Pyeruaz" klublarında çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31