"Real"ın futbolçusu Luka Modriç zədəsini sağaldıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, xorvatiyalı yarımmüdafiəçi Çempionlar Liqasının üçüncü turunda PSJ-yə qarşı matçda oynamağa hazırdır. Komandanın baş məşqçisi Rafael Benites şans verəcəyi təqdirdə, o, sözügedən oyunda meydanda olacaq.
Qeyd edək ki, PSJ - "Real" görüşü sabah keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31