Yeniyetmə və gənc güləşçilər arasında Respublika turniri keçiriləcək
20 Oktyabr 2015 12:39 İdman26-28 oktyabr tarixlərində Bakı İdman Sarayında Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi, oktyabrın 29-30-da isə gənclər arasında "Hünər meydanı" Respublika seçim turniri keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, yeniyetmələrin yarışında 1999-2000, gənclərin yarışında isə 1996-1998-ci il təvəllüdlü güləşçilər mübarizə aparacaq. Hər iki yarışda Azərbaycanın bütün bölgələrindən olan güləşçilər iştirak edəcək.
Xatırladaq ki, buna qədər AGF-nin nümayəndəliklərində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirinin seçim yarışları keçirilib. Seçim yarışlarında sərbəst güləş üzrə 689, yunan-Roma güləşi üzrə 535 yeniyetmə güləşçi yarışlarda iştirak edib.