"Qəbələ" - "Borussiya" oyununun biletləri satışda
20 Oktyabr 2015 07:36 İdman"Qəbələ" - "Borussiya" (Dortmund) oyununun biletləri satışa çıxarılıb.
ANS PRESS-in məlumatına görə, qarşılaşmanı canlı izləmək istəyənlər biletləri "Bakcell Arena"nın kassalarından əldə edə bilər.
Biletlərin qiymətləri 3, 5, 10 və 20 manatdı.
Avropa Liqasının "Qəbələ" - "Borussiya" (Dortmund) oyununu хorvat hakimlər idarə edəcək. Görüşü İvan Bebek idarə edəcək. Ona Tomislav Petroviç və Miro Qrgiç yardımçı olacaq. Mario Straxonya və Qoran Qabrilo oyuna əlavə köməkçi hakimlər kimi təyinat alıb. 4-cü hakim funksiyasını Qoran Pataki yerinə yetirəcək. Oyunun hakim-inspektoru Nikolay Levnikov (Rusiya), UEFA nümayəndəsi Filipp Prudon (Fransa) olacaq.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 22-də keçiriləcək "Qəbələ" - "Borussiya" oyunu "Bakcell Arena"da saat 20.00-da başlayacaq.