Platini: "Utanıram"
19 Oktyabr 2015 20:00 İdmanRüşvət almaqda təqsirləndirildiyi üçün 90 gün müddətinə UEFA prezidentliyindən kənarlaşdırılan Mişel Platini FİFA-nın sabiq prezidenti Yozef Blatterdən pul almasını təsdiqləyib. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Platini bunu 1998-ci il keçirilən prezident seçkiləri zamanı Blatterin məsləhətçiliyini etməsi müqabilində aldığını bildirib: "1998-ci ildə FİFA prezidentliyinə keçirilən seçkilər zaman Blatter mənə dəstəyimə ehtiyacı olduğunu söylədi. İlk əvvəl bu təklif mənə cəlbedici gəlmədi. Çünki o zamanlar "DÇ-1998"in Təşkilat Komitəsinin prezidenti idim. Lakin Blatter məndən nə qədər pul istədiyimi soruşdu. Onunla şifahi olaraq illik 1 milyon İsveçrə frankı qarşılığında anlaşdıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31