"Monako" - "Qarabağ" matçının biletləri satışda

Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 22-də keçiriləcək "Monako" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb. Qol.Az-ın Fransa klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun biletlərinin qiyməti açıqlanıb. Ən ucuz bilet 5 avro (təqribən 6 manat), ən bahalı bilet 25 avrodur (təqribən 30 manat).

Qeyd edək ki, "Stad Lui II" stadionunda keçiriləcək "Monako" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31