Erməni futbolçu Bakıya gəlməyəcək
19 Oktyabr 2015 16:00 İdmanBu barədə "Borussiya"nın icraçı direktoru Hans-Yoahim Vatske məlumat verib. "Borussiya"nın erməni futbolçusu Henrik Mxitaryan Avropa liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qəbələ" ilə oyuna klubun heyətində gəlməyə bilər. ANS PRESS-in məlumatına görə bu barədə "Borussiya"nın icraçı direktoru Yoahim Vatske "BİLD"-ə verdiyi müsahibəsində bildirib. "Mxitaryan , böyük ehtimalla, Bakıya uçmayacaq. Biz Azərbaycanla Ermənistan arasında olan münaqişəyə görə." Vatske həmçinin futbolçunun təhlükəsizliyi ilə bağlı narahatçılıqların olduğunu da bildirsə də, Ancaq ölkəmizdə keçirilən Avropa Oyunları və Şahmat üzrə Dünya kubokunda erməni idmançıları iştirak edib və onların təhlükəsizliyi tam təmin olunub. Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qəbələ" Bakıda Dortmund "Borussiya"sını qəbul edəcək. Oyun 22 oktyabr tarixində 8-ci kilometr qəsəbə stadionunda baş tutacaq.