Neymardan yeni müqavilə açıqlaması
19 Oktyabr 2015 14:18 İdman"Barselona"nın futbolçusu Neymar komandası ilə müqaviləsinin müddətini uzatmaq qərarı verib. Qol.Az-ın xəbərinə görə, bu barədə "beIN Sports"a açıqlamasında braziliyalı futbolçunun özü məlumat verib: "Yeni müqavilə üçün anlaşmağa yaxınıq. Hər kəs sakit ola bilər. Onsuz da uzun müddətli sözləşməm var. Yeni müqavilə də imzalayacağıq. Azarkeşlərin narahatçılığına ehtiyac yoxdur".
Qeyd edək ki, daha öncə Neymarın "Mançester Yunayted"ə transfer olunacağı iddia edilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31