Azərbaycan taekvondoçusu Mançesterdə bürünc medal qazanıb
19 Oktyabr 2015 12:43 İdmanİngiltərənin Mançester şəhərində Dünya Taekvondo Federasiyası tərəfindən təşkil edilən Qran-pri turnirinin III mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışı 1 medalla başa vurub.Belə ki, komandamıza medalı Patimat Abakarova qazandırıb. 49 kq çəki dərəcəsində mübarizə aparan Dünya Oyunlarının qalibi üçüncü yerlə kifayətlənib. O, yarımfinalda tailandlı Çanatip Sonkxama uduzub.
Qeyd edək ki, turnirin ilk günü Ayxan Tağızadə (68 kq), Radik İsayev (+80 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsüyə qalxa bilməmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31