Türk futbolçuya Almaniyada hücum etdilər

Hakan Çalhanoğluya doğru yad əşyalar atmağa, onu qarşı təhqiramiz şüarlar səsləndirməyrə başlayıblar

Türkiyə milli komandasının futbolçusu Hakan Çalhanoğlu "Hamburq"lu fanatların hücumuna məruz qalıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verib. Leverkuzen "Bayer"inin heyətində Hamburqa səfər edən Hakana qarşı yerli azarkeşlər qəzəb nümayiş etdiriblər. 2014-cü ilə qədər "Hamburq"da oynayan Çalhanoğlu sonradan "Bayer"ə transfer olunub.

Onun bu addımı satqınlıq kimi dəyərləndirən bir qrup azarkeş "Hamburq" - "Bayer" qarşılaşmasının 50-ci dəqiqəsində isinmə hərəkətləri edən Hakana doğru yad əşyalar atmağa, onu qarşı təhqiramiz şüarlar səsləndirməyrə başlayıblar. 74-cü dəqiqədə oyuna qoşulan türk futbolçu uğultu və fit səsləriylə qarşılanıb. Bu hal onun topa hər dəfə toxunduğu anda da davam edib.

Xatırladaq ki, bu qarşılaşmada hesab açılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31