"AVRO-2016": "pley-off"un püşkü atıldı

Kim kimə rəqib oldu?

"AVRO-2016"nın "pley-off" mərhələsinin püşkü atılıb.

ANS PRESS-in məlumatına görə,mərasim İsveçrənin Nyon şəhərində keçirilib.

"Pley-off"da seçmə mərhələdə 3-cü pilləni tutmuş 8 komanda (ən yaхşı üçüncü olan Türkiyə millisi Avropa çempionatına birbaşa vəsiqə qazanıb) üz-üzə gələcək. Püşk onları 4 cütlüyə bölüb. Cütlüklərin qalibi olacaq 4 komanda "AVRO-2016"ya vəsiqə əldə edəcək.

"Pley-off" mərhələsinin ilk oyunları 12-14, cavab qarşılaşmaları 15-17 noyabrda keçiriləcək.
"Pley-off"
Ukrayna - Sloveniya
İsveç - Danimarka
Norveç - Macarıstan
Bosniya və Hersoqovina - İrlandiya

Indiyədək "AVRO-2016"nın 20 iştirakçısının adına aydınlıq gəlib: Fransa (meydan sahibi), İslandiya, Çexiya, Belçika, Uels, İspaniya, Slovakiya, Almaniya, Polşa, İngiltərə, İsveçrə, Şimali İrlandiya, Rumıniya, Avstriya, Rusiya, İtaliya, Xorvatiya, Portuqaliya, Albaniya, Türkiyə.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31