Prandellinin yeni komandası bəlli oldu
15 Oktyabr 2015 19:40 İdmanİtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli karyerasını Çində davam etdirəcək. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Prandellinin özü açıqlamasında deyib. O, Çinin "Şanxay Şenhua" klubu ilə anlaşıb. "Bundan sonra Çində işləyəcəm. Artıq bütün məsələlər həll olunub. Qərarımı ailəmlə birgə vermişəm" - deyə 58 yaşlı mütəxəssis bildirib.
Qeyd edək ki, Prandellinin son komandası Türkiyənin "Qalatasaray" klubu olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31