UNEC I Tələbə İdman Oyunları” keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "UNEC I Tələbə İdman Oyunları" keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan universitetləri tarixində ilk dəfə keçiriləcək oyunlar UNEC-in 85 illiyinə həsr olunub. "UNEC I Tələbə İdman Oyunları"na şahmat, yüngül atletika, futbol, voleybol, basketbol, velosiped yarışları, badminton, stolüstü tennis, oxatma, cüdo və güləş kimi idman növləri daxil edilib. 12 fakültə arasında keçiriləcək yarışlara 700-dən çox idmançının qatılacağı planlaşdırılır. Oyunlara minə yaxın könüllünün cəlb olunması nəzərdə tutulub. "UNEC I Tələbə İdman Oyunları"nın açılış mərasimi dekabrın 14-də, bağlanış mərasimi isə dekabr 24-də baş tutacaq. Tədbirin təşkilatçısı universitetin "İqtisadçı Gənclər Akademiyası"dır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31