"Norveçi məğlub edib pley-offa gedə bilərdik"
14 Oktyabr 2015 20:00 İdmanBolqarıstan millisinin baş məşqçisi İvaylo Petev Azərbaycan üzərində qazanılan qələbədən (2:0) sonra fikirlərini media ilə bölüşüb. Goal.az xəbər verir ki, Petev Norveçə yenilginin onları pley-offdan kənarda saxladığını qeyd edib. "Bütün oyuna nəzarət etdik. İlk hissə daha yaxşı keçdi. Rəqibin qapısı önündə bir sıra təhülkəli vəziyyətlər yaratdıq. Fikrimcə, seçmə mərhələnin sonunda bu qələbəyə layiqdik. Geri baxanda deyə bilərəm ki, Norveçlə ötən ay evdə keçirdiyimiz oyun bizim üçün ən vacib idi. Amma həmin vaxt məğlub olduq. Həmin oyunda qalibiyyət bizi pley-off matçlarına apara bilərdi. Komandamın böyük potensialı var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31