Şahzadə Əli: "FİFA-da böhran dərinləşir"

Beynəlxalq Futbol Federasiyası Assosiasiyasına (FİFA) yeni prezidentin seçilmə tarixinin dəyişdirilməsi yolverilməzdir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu FİFA prezdentliyinə namizəd, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn bildirib. "FİFA-da böhran dərinləşir. Yeni hesabatlı prezident seçərək, təşkilat müvəqqəti rəhbərlik tərəfindən idarə edilməsi çərçivəsindən çıxarılmalıdır. Seçkinin keçirilməsi tarixinin dəyişdirilməsi qeyri-sabitlik üçün əlavə problem yaradacaq. Bu, bütün dünyada baş verənlərdən FİFA-nın nəticə çıxarmadığını göstərəcək", - deyə prezidentliyə namizəd şahzadənin bəyanatında vurğulanıb.

Qeyd edək ki, FİFA-da prezident seçkisi 2016-cı il fevralın 22-də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31