"Zadəganlar"la "Şeytanlar" bu futbolçuya görə rəqabət aparacaqlar
14 Oktyabr 2015 19:50 İdman"Manchester United" və "Chelsea" yenidən transfer siyasətində üz-üzə dayanıb. Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hər iki klub 18 yaşlı Yuri Tilemansla danışıqlar aparır. "Anderlecht"in gənc futbolçusu ingiliscə sərbəst danışdığından onun Premyer Liqaya adaptasiyasında dil çətinliyi olmayacağı dəqiqdir.
Qeyd edək ki, bu mübarizədə "United" daha üstün tərəf göstərilir. Belə ki, Lui van Qaal həmkarı Joze Mourinyodan daha çox gənc futbolçulara güvənməsi ilə fərqlənir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31