Hücumçu qol vurmadığına görə xüsusi dini mərasimə qatıldı
14 Oktyabr 2015 19:45 İdman"Newcastle United"in hücumçusu Papiss Demba Sisse avqust ayından qol vura bilmir. Bu səbəbdən 30 yaşlı forvard vudu dini mərasimində iştirak edib. Goal.az xəbər verir ki, futbolçu "gözə gəldiyinə" əmindir. Mərasimdən sonra Sisse yenidən qollar vuracağına əminliyini bildirib. "Papiss əlamətlərə inanan biridir. O, rəqiblərdən ona nəzər dəydiyini düşünürdü", - "Newcastle"ın rəsmilərindən biri qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31