"Göz yaşlarımı güclə saxladım"
14 Oktyabr 2015 19:40 İdmanTürkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu İslandiya üzərində qazanılan qələbədən (1:0) sonra fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, Çalkanoğlu bunları deyib: "Final mərhələsinə vəsiqə qazandığımız üçün sevinirəm. Buna layiq idik. Son 4-5 oyunda milli komanda yeni səviyyəyə qalxıb. Bu gün sinirlərimizə hakim olub sakitliyimizi qoruduq. Matçdan sonra telefonda Latviya - Qazaxıstan qarşılaşmasının nəticəsini gözləyirdik. Xoşbəxtlik göz yaşlarımı güclə saxladım. Mənim üçün Avropa çempionatı Türkiyə millisi ilə ilk böyük turnir olacaq. Komanda və məşqçimiz ilə fəxr edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31