Levandovski ilə Nazarov arasında 32 fərq
14 Oktyabr 2015 19:30 İdman"Avro-2016"nın seçmə mərhələsinin ən məhsuldar futbolçusu müəyyənləşib. Qol.az-ın məlumatına görə, bu, Polşa yığmasının hücumçusu Robert Levandovskidir. "Bavariya"nın forvardı seçmə mərhələdə vurduğu 13 qolla turnirin ən məhsuldar futbolçusu olub. Almaniya millisinin hücumçusu Tomas Müller 9 qolla ikinci pillədə qərarlaşıb. Rusiya yığmasının hücumçusu Artyom Dzyuba və İsveç millisinin forvardı Zlatan İbrahimoviç isə hərəyə 8 qolla 3-4-cü pilləni bölüşdürürlər.
Qeyd edək ki, seçmə mərhələdə 3 qol vuran Azərbaycan millisinin üzvü Dmitri Nazarov siyahıda 33-cü olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31