Veteran güləşçilərimizdən qızıl medal
14 Oktyabr 2015 16:24 İdmanVeteran güləşçilərin Dünya çempionatında ilk gün Azərbaycan pəhləvanları 1 qızıl və 1 gümüş medal qazanıb. AGF-dən "OLAYLAR"-a bildirilib ki, 85 kq çəkidə B divizionunda mübarizə aparan İslam Quliyev Rumıniya, Rusiya və İran güləşçilərini üstələyərək finala yüksəlib. Finalda Yaponiya təmsilçisini də məğlub edən pəhləvanımız Dünya çempionatının qızıl medalını qazanıb. 63 kq çəkidə mübarizə aparan Abbas Məmmədov F divizionunda yarışıb. Yarımfinal mərhələsində Rusiya təmsilçisinə tam üstünlüklə qalib gələn pəhləvanımız finala yüksəlib. Finalda isə daha bir Rusiya təmsilçisi ilə qarşılaşan Abbas Məmmədov uduzub və Dünya çempionatının gümüş medalına sahib olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31