Türkiyəli futbolçular qələbəyə görə REKORD mükafat alacaq

Türkiyə milli futbol komandası ötən gecə İslandiya üzərində 1-0 qələbəsi ilə  2016-cı ildə keçiriləcək Avropa Çempionatına birbaşa getmək haqqı əldə edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, illik 3.5 milyon avro maaş alan Türkiyə futbol direktoru Fatih Terim dünənki qələbəyə görə əlavə 500 min avro mükafat alacaq. Terim bundan başqa, Avropa Çempionatında dörddə-bir final, yarımfinal və çempionluq oyunlarına görə də ayrı-ayrılıqda mükafatlar alacaq. Belə ki, Türkiyə Milli futbol komandası Fransadakı çempionatında birincilik qazanarsa, Terim 3 milyon avro mükafatın sahibi olacaq. Bundan başqa komandada ilk oyundan bəri iştirak edən bütün oyunçular dünənki qələbəyə görə  ümumilikdə 10 milyon (təxminən 6 milyon AZN) TL mükafatın sahibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31