Sərbəst güləşçilərimiz Qitələrarası Kubok uğrunda yarışacaq
14 Oktyabr 2015 12:56 İdmanOktyabrın 16-18-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 7-ci "Qitələrarası Kubok" beynəlxalq turniri keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən, turnirdə 11 güləşçimizin iştirakı planlaşdırılır. Məşqçi David Kurtsiyanın rəhbərliyi altında Xasavyurtda Ruslan Qasımov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev, Teymur Məmmədov (hər ikisi 65 kq), Coşqun Əzimov, Emin Əzizov (hər ikisi 70 kq), Məhəmmədhacı Muxutov, Mircəfər Murtuzlu (hər ikisi 74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov, Məhəmməd Abdulxalikov (hər ikisi 86 kq) və Əli Maqomedabirov (125 kq) mübarizə aparacaq. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31