Bolqarıstan-Azərbaycan oyununda biabırçı mənzərə
14 Oktyabr 2015 08:22 İdmanBolqarıstan-Azərbaycan oyununa diqqət olduqca azdır.
İdmanxeber.com-un Sofiyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 46 mindən çox tamaşaçı tutumuna malik "Vasili Levski" stadionunun tribunalarında azarkeş demək olar ki, yoxdur. Bolqar azarkeşlər zəif çıxışı ilə əlaqədar bu oyunu boykot ediblər.
Hazırda tribunalarda ümumilikdə 200 tamaşaçı var. Bunların da əksəriyyəti Bolqarıstan Futbol Federasiyası tərəfindən pulsuz bilet verilən kiçikyaşlı azarkeşlər və onların valideyinləri, eləcə də bizim həmyerlilərimizdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31