Azərbaycan yığması AVRO-2016-nın seçmə mərhələsində son matçını keçirib
14 Oktyabr 2015 07:52 İdmanAVRO-2016-nın seçmə mərhələsinə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması turnirdə son matçına çıxıb.
Milli komandamız seçmə mərhələnin yekun qarşılaşmasında Bolqarıstanın qonağı olub. Hər iki komanda üçün formal xarakter daşıyan oyun yalnız qrupdakı turnir cədvəli baxımından əhəmiyyətli idi ki, yığma komandamız qalib gələcəyi halda qrupda 4-cü pillədə qərarlaşacaqdı.
Ancaq gözlənilənlərin əksinə olaraq millilərimiz matçdan məğlub ayırılıblar. Robert Prosineçkinin yetirmələri Bolqarıstana 2 top fərqi ilə yeniliblər.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
Bolqarıstan - Azərbaycan - 2:0
Qol: Aleksandrov, 20, Rangelov, 56
Baş hakim: Tamaş Boqnar
Sofiya. Vasil Levski stadionu
1.
İtaliya
10
7
3
0
16:7
24
2.
Xorvatiya
10
6
3
1
20:5
20
3.
Norveç
10
6
1
3
13:10
19
4.
Bolgarıstan
10
3
2
5
9:12
11
5.
Azərbaycan
10
1
3
6
7:18
6
6.
Malta
10
0
2
8
3:16
2
Sosial səhifələrdə paylaş