Effenberq baş məşqçi oldu
13 Oktyabr 2015 19:55 İdmanAlmaniya millisi və "Bavariya"nın sabiq futbolçusu Ştefan Effenberq məşqçilik karyerasına başlayır. Qol.Az-ın məlumatına görə, onun baş məşqçi kimi ilk iş yeri ölkəsinin "Paderborn" klubu olacaq. 47 yaşlı mütəxəssis II Bundesliqa təmsilçisi ilə rəsmi müqavilə imzalayıb. Effenberq 2017-ci ilin yayına qədər "Paderborn"u çalışdıracaq. Onun köməkçisi isə Macarıstanın gənclərdən ibarət yığmasında çalışmış Soren Osterland olacaq.
Qeyd edək ki, Effenberq daha öncə "Sky" kanalında ekspert kimi çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31