Pirlo Norveçə qarşı da oynamayacaq

İtaliya millisinin futbolçusu Andrea Pirlo "Avro-2016"nın seçmə mərhələsində Norveçlə bu gün keçiriləcək oyunda iştirak etməyəcək. Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, bu barədə yığmanın baş məşqçisi Antonio Konte deyib. O, tam sağalmayan Pirlonu risk etmək istəmədiklərini bildirib: "Pirlo komandanın son məşqinə qatılsa da, fərdi məşq etdi. O, artıq yaxşıdır, ancaq tam sağalmayıb. Onu risk etmək istəmirəm".

Qeyd edək ki, Pirlo Bakıda millimizə oyunöncəsi İtaliya yığmasının Suraxanıda yerləşən və "Qarabağ"a məxsus "Azersun Arena"dakı məşqdə xəsarət alıb. Bu səbəbdən o, millimizlə görüşdə iştirak etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31