Ermənilər Albaniyaya oyun satıb - Şok iddia

Albaniya millisi AÇ-2016-nın seçmə mərhələsinin son görüşündə Ermənistanı 3:0 hesabı ilə məğlub edərək Fransada keçiriləcək final mərhələsinə vəsiqəni təmin etdi. "Qafqazinfo" xəbər verir ki, lakin Serbiya və alban mətbuat Albaniya yığmasının son oyunu ilə bağlı şok iddia ortaya qoyub. Bildirilir ki, Albaniya millisi Ermənistanla qarşılaşmanı pulla alıb: "Albanlar rəqibin qapıçısını və 3 müdafiəçisini 500 min avro qarşılığında alıb. Hər 3 qolda onların səhvi var. Bu səhvlər bilərəkdən edilib". Matçın başlamasın az qalmış bukmeker kontorlarında Albaniyanın qələbəsinə qoyulan əmsallar düşdüyü halda ermənilər üçün qoyulan əmsallar yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31