AVRO-2016-nın seçmə mərhələsində daha 3 qrupun oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

AVRO-2016-nın seçmə mərhələsində daha 3 qrupun oyunlarına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, baş tutan 9 qarşılaşmada final mərhələsinə daha iki vəsiqənin sahibini müəyyənləşdirməklə yanaşı, qrup üçüncüsü olacaq 3 komandanın da adı bəlli olub.

E qrupunun qarşılaşmaları demək olar ki, formal xarakter daşıyıb. İngiltərənin 1-ci, İsveçrənin 2-ci olduğu "altılıq"da Sloveniya da 3-cü pilləni tutub.

C qrupunda İspaniya 1-ci olduğundan Slovakiya ilə Ukrayna digər iki yer üçün qiyabi mübarizə aparıb. Lüksemburqa qalib gələn Slovakiya 2-ci olaraq birbaşa Fransaya, İspaniyaya yenilən Ukrayna isə 3-cü kimi pley-offa vəsiqə qazanıb.

G qrupunda da qalib bəllidi. Avstriyanın ən yaxşı olduğu "altılıq"da Rusiya və İsveç birbaşa vəsiqə üçün mübarizə aparıb. İsveçdən 2 xal öndə olan şimal qonşularımızı Monteneqro ilə ev oyununda qalib gələrək Avropa Çempionatına birbaşa qatılmaq hüququ qazanıblar. İsveç isə daha bir qarşılaşma oynamalı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31