"Almaniya bu forma ilə Avropa çempionatına getməməlidir"

Jerom Boatenq Almaniya milli komandasının Gürcüstana qarşı (2:1) oyundakı performansından narazı qalıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Bavariya"nın müdafiəçisi komandanın öz üzərində işləməli olduğunu bildirib.

"Bu forma ilə, ümumiyyətlə Fransaya getmək lazım deyil. Top-komanda üçün belə çıxış qəbuledilməzdir. Açıq danışmaq lazımdır. Heyətdə superulduz yoxdur. Hər birimiz üzərimizdə çox işləməliyik. Gürcüstanla oyunda fasiləyə kimi 3-4 top fərqi ilə öndə getməli idik. Belə davam edə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31