Məşhur futbolçunun atası həbs olunub
13 Oktyabr 2015 09:25 İdmanÇili millisinin üzvü Arturo Vidalın atası Erasmo Vidal həbs olunub. Goal.az "Bild" nəşrinə istinadən xəbər verir ki, San-Xoakində həbs olunan Erasmonu 18 aylıq həbs cəzası gözləyir. Ona qarşı qanunsuz silah saxlamaq maddəsi ilə ittiham irəli sürülüb. Vidalın atasının həbsi 2018 mundialının təsnifat mərhələsində baş tutan Çili - Braziliya (2:0) oyunundan bir neçə saat öncə olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31