"Barselona" "Qəbələ"nin rəqibinin hücumçusunu istəyir
12 Oktyabr 2015 19:50 İdman"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" (Dortmund) klubunun futbolçusu Pyer-Emerik Obameyanq qışda komandadan ayrıla bilər. Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, Qabon millisinin üzvü "Barselona"nın maraq dairəsinə düşüb. Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike 26 yaşlı futbolçunu komandasında görmək istəyir. O, yayda komandadan ayrılan Pedro Rodriqesin yerini məhz Obameyanqla doldurmaq niyyətindədir.
Qeyd edək ki, Obameyanq cari mövsüm Bundesliqada keçirdiyi 8 oyunda 10 qol vurub və 1 məhsuldar ötürmə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31