Nazim Süleymanovun komandasından qələbə

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Qol.Az-nın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, U-19 yoldaşlıq oyununda qələbə qazanıb. "Celje" klubunun U-19 komandası ilə qarşılaşan Nazim Süleymanovun rəhbərlik etdiyi yığmamız böyükhesablı qələbə qazanıb - 5:0. Qolları Emil Həsənzadə, Qara Qarayev, Fərid Kərimzadə, Rəsul Babazadə və Xəyal Nəcəfov vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31