Hollandiya yığmasında qapıçı şoku
12 Oktyabr 2015 12:41 İdmanHollandiya millisi iki qapıçısının xidmətindən məhrum olub. Qol.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, əvvəlcə komandanın əsas qolkiperi Yasper Silessen zədələnərək sıradan çıxıb. O, "Avro-2016"nın seçmə mərhələləsində Qazaxıstanla oyundan (2:1) öncə isinmə hərəkətlərini yerinə yetirərkən zədələnib. Onu start heyətində Tim Krul əvəzləyib. Lakin görüşün 81-ci dəqiqəsində zədələnən "Nyukasl"ın qolkiperi oyunu davam etdirə bilməyib. Dizindən zədə alan Krulun 8 ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub. "Narıncılar"ın baş məşqçi Danni Blind Krulun əvəzinə "Feyenoord"dan Kennet Vermerə dəvət göndərib.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə vəsiqə verən pley-off oyunlarına qalmaq uğrunda Türkiyə ilə mübarizə aparan Hollandiya yığması "Avro-2016"nın seçmə mərhələsinin son turunda evdə Çexiya ilə qarşılaşacaq.