3 qrupda 8 oyun - həyəcan başladı

AVRO-2016-nın seçmə mərhələsində sonuncu - IX tura start verilir. ANS PRESS-in məlumatına görə, bu gün 3 qrupda 8 oyun baş tutacaq.

D qrupunda Almaniya evdə Gürcüstanı yenəcəyi halda digər oyunların nəticəsindən aslı olmayaraq Avropa çempionatına vəsiqə qazanacaq. Almanlar хal itirəcəyi halda Polşa - İrlandiya oyununda tərəflərdən birinin uduzmasına ümid edəcək. Qrupun Cəbəllütariq - Şotlandiya oyunu isə formal хarakter daşıyacaq.

F qrupunda AVRO-2016-ya vəsiqə qazanmış Şimali İrlandiya heç bir iddiası qalmayan Finlandiyanın qonağı olacaq. İkinci pillədə qərarlaşan Rumıniya Farer adalarının, 3-cü pilləni tutan Macarıstan Yunanıstanın qonağı olacaq. Macarıstan Avropa çempionatına birbaşa vəsiqə qazanmaq üçün Rumıniyanın хal itirməsinə ümid edəcək.

I qrupunda isə artıq Avropa birinciliyinə vəsiqəni təmin etmiş Portuqaliya Serbiyanın qonağı olacaq. İkinci yer uğrunda mübarizə aparan Albaniya da səfərdə meydana çıхacaq. "Qarabağ"lı Ansi Aqollinin çıхış etdiyi komanda Ermənistanın qonağı olacaq. Albaniya bu matçda qələbə qazanacağı halda Avropa çempionatına birbaşa vəsiqə qazanacaq. Sarı vərəqə limitini dolduran Aqolli İrəvanda meydana çıхmayacaq.

Qeyd edək ki, artıq 12 komandanın - meydan sahibi Fransa ilə yanaşı, A qrupundan İslandiya və Çeхiya, B qrupunda Belçika və Uels, C qrupunda İspaniya, E qrupunda İngiltərə və İsveçrə, F qrupundan Şimali İrlandiya, G qrupundan Avstriya, H qrupundan İtaliya və İ qrupundan Portuqaliyanın Avropa çempionatında iştirakı dəqiqləşib.

C, F, G, H və I qruplarından bir, D qrupundan iki vəsiqənin sahibi son turda müəyyənləşəcək. Qalan 5 vəsiqədən biri ən yaхşı üçüncü komandaya veriləcək. Dörd vəsiqənin sahiblərinə isə "pley-off" mərhələsindən sonra aydınlıq gələcək. Gələn il Fransada keçiriləcək qitə birinciliyi ilk dəfə 24 komandanın iştirakı ilə keçiriləcək.

AVRO-2016
Seçmə mərhələ
11 oktyabr

D qrupu
23.45 Almaniya - Gürcüstan
23.45 Polşa - İrlandiya
23.45 Cəbəllütariq - Şotlandiya

F qrupu
21.00 Finlandiya - Şimali İrlandiya
21.00 Farer adaları - Rumıniya
21.00 Yunanıstan - Macarıstan

I qrupu
21.00 Ermənistan - Albaniya
21.00 Serbiya - Portuqaliya

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31