Millimiz rüsvay oldu: 0:7!
10 Oktyabr 2015 08:13 İdman21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının (AÇ-2017) seçmə mərhələsində 4-cü turun oyuna çıxıb.
"qafqazinfo" xəbər verir ki, yığmamız səfərdə Avstriya ilə üz-üzə gəlib.
Belə ki, Yaşar Vahabzadənin yetirmələri rəqibə biabırçı hesabla məğlub olub - 0:7. Bildirək ki, ötən ay bu komandalar arasında Bakıda keçirilən oyunda yığmamız 0:2 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, millimiz yeganə qələbəsini səfərdə Farer Adaları üzərində qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31