Yurgen Klopp Liverpulun baş məşqçisi təyin olundu
9 Oktyabr 2015 10:22 İdmanDortmund "Borussiya"-nın keçmiş məşqçisi Yurgen Klopp İngiltərə futbol klubu "Liverpul"-un yeni baş məşqçisi təyin olunub. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Klub rəhbərliyi, komandanın bazar günü "Everton"-a qarşı oyunda göstərdiyi qeyri-kafi nəticələrə görə, baş məşqçi Brendan Rocersi istefaya göndərib.
Yeni məşqçi ilə müqavilənin müddəti dəqiqləşməyib, lakin bəzi KİV-lərin məlumatına görə, müqavilə 1 sezon uzadılma ehtimalı ilə 3 il müddətinə bağlanılıb.
Qeyd edək ki, hal-hazırda "Liverpul" İngiltərə Premyer Liqasında 8 turdan sonra 12 xalla 10-cu yerdə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31