"Emil Balayev qışa qədər oynamayacaq"

Azərbaycan millisinin qapıçısı Emil Balayev şərəfini qoruduğu "Ayntraxt" klubunda qışa qədər yaşıl meydanlardan uzaq qalacaq. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Frankfurt təmsilçisinin baş məşqçisi Armin Fe məlumat verib. 54 yaşlı mütəxəssis Balayevin ilin sonuna qədər oynamayacağını bildirib: "Emil qışa qədər oynaya bilməyəcək. Bu müddət həqiqətən onun üçün çətin keçəcək" - deyə Fe bildirib. Komandanın 3-cü qapıçısı olan Balayevin stomatoloji əməliyyat keçirməsi səbəbindən məşqlərə qatılmadığı bildirilir.

Qeyd edək ki, Emil Balayev ötən ilin sonlarında "Neftçi"dən "Ayntraxt"a transfer olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31