Azərbaycan Kuboku: 1/16 və 1/8 finalın püşkü atıldı

Turnirdə 19 komandA mübarizə aparacaq

Bu gün Azərbaycan Kubokunun 2015/16 mövsümünün püşkü atılıb.

ANS PRESS-in məlumatına görə, AFFA-nın inzibati binasında reallaşan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, eləcə də jurnalistlər iştirak edib.

19 komandanın mübarizə aparacağı turnirdə 1/16 final mərhələsinin və 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib. 1/16 və 1/8 final mərhələsinin qalibi 1 oyunda müəyyənləşəcək. 1/4 finaldan etibarən qalib ev-səfər prinsipinə əsasən bəlli olacaq.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev.

14 oktyabr
1/16 final mərhələsi

MOİK - "Turan Tovuz"
"Şahdağ" - "Şəmkir"
"Şərurspor" - "Qaradağ Lökbatan"

Azərbaycan Kuboku.

2 dekabr
1/8 final mərhələsi

MOİK//"Turan Tovuz" cütünün qalibi - "İnter"
"Rəvan" -"Bakı"
"Qarabağ" - "Şahdağ"//"Şəmkir" cütünün qalibi
"Neftçala" - "Sumqayıt"
"Neftçi" // "Şərurspor"//"Qaradağ Lökbatan" cütünün qalibi
"Xəzər Lənkəran" - "Kəpəz"
"Qəbələ" - "Mil-Muğan"
AZAL - "Zirə"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31