"Çelsi" Mourinyonun istefaya göndərsə...

"Çelsi" baş məşqçisi Joze Mourinyonu istefaya göndərəcəyi təqdirdə, ona yüksək məbləğdə təzminat ödəməli olacaq. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  portuqaliyalı mütəxəssislə yolları ayırarsa, London təmsilçisi J.Mourinyonun 37 milyon 500 min funt sterlinq verəcək.

Qeyd edək ki, J.Mourinyonun "Çelsi" ilə müqaviləsi 2019-cu ilin iyununda başa çatır. Əlavə edək ki, "Çelsi" Premyer Liqada geridə qalan 8 turdan sonra 8 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31