Azərbaycan-İtaliya matçını erməni şərh edəcək
7 Oktyabr 2015 14:47 İdmanErməni Nobel Arustamyan Azərbaycan və İtaliya yığmaları arasında keçiriləcək Avropa-2016-nın seçmə matçını şərh etmək üçün təyin edilib. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, oyunu Rusiya telekanalı "NTV-Plus Futbol2" yayımlayacaq. Matç oktyabr ayının 10-da Bakıda keçiriləcək, oyun saat 21.00-da başlanacaq. Nobel Arustamyan italyan futbolu üzrə mütəxəssis hesab edilir. O, "NTV-Plus" kanalında İtaliya çempionatı matçlarını şərh edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31