34 – cü Avropa çempionatı başa çatıb

Sentyabrın 24-dən  oktyabrın 5-dək Rusiyanın Yekaterinburq şəhərində təşkil edilmiş stolüsrü rennis üzrə 34 - cü Avropa çempionatı başa çatıb. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, çempionatda şəxsi,  qoşa , qadınlar və kişilər arasında komanda dərəcələrində 6 dəst medal uğrunda mübarizə aparılıb. Tədbir Avropa Stolüstü Tennis Birliyinin , Rusiya Federasiyası İdman Nazirliyinin və Sverdlovsk vilayəti hökumətinin himayəsi altında keçirilib. Turnirdə 46 ölkədən 300 - dən artıq nümayəndə iştirak edib. Azərbaycan çempionatda baş məşqçi A. Zudovun rəhbərliyi ilə 6 nəfər gənc idmançı ilə ( 3 oğlan və 3 qız ) təmsil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31