Samir Nəsri: "Atam belə millini çalışdırsa..."

"Mançester Siti"nin futbolçusu Samir Nəsri bir daha Fransa millisində oynamayacağını açıqlayıb. Qol.Az-ın  məlumatına görə, Fransa telekanallarındna birinə danışan 28 yaşlı oyunçu bildirib ki, atası belə millini çalışdırsa, qərarını dəyişməyəcək: "2012-ci ildə millidəki karyeramı başa vurmuşdum. Ancaq atam məni 2014-cü ildə keçiriləcək dünya çempionatında oynamağa razı saldı. Turnir öncəsi klubumla yaxşı mövsüm keçirmişdim. Göstərəcilərim yaxşı idi. Dünya çempionatı üçün milliyə çağırılmadığıma görə çox təəssüflənmişdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31