"Azərbaycana qalib gəlmək üçün hər şey edəcəyik"

"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da Bakıda millimizlə qarşılaşacaq İtaliya yığmasının futbolçusu Roberto Soriano qarşıdakı oyunlarla bağlı fikirlərini bölüşüb. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Soriano həm Azərbaycan, həm də Norveçlə görüşlərdə qələbə qazanmağa çalışacaqlarını bildirib: "Beynəlxalq arenada ölkəni təmsil etmək hər zaman əla təcrübədir. Milli komandanın formasını geyinmək hər bir futbolçu üçün böyük şərəfdir. Bizim seçmə mərhələdə iki önəmli oyunumuz var. Hər şey edəcəyik ki, Azərbaycan və Norveçlə oyunlarda qələbə qazanaq. Hazırda tamamilə bu oyunlara köklənmişik".

Qeyd edək ki, oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyunu saat 21:00-da başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31