İtaliya millisində daha bir itki
6 Oktyabr 2015 19:35 İdman"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da Bakıda millimizlə qarşılaşacaq İtaliya yığması daha bir itki ilə üzləşib. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın müdafiəçisi Domeniko Berardi zədələnərək sıradan çıxıb. A Seriyasının 7-ci turunda "Empoli" ilə görüşdə zədələnən "Sassuolo"nun futbolçusu seçmə mərhələdə Azərbaycan və Norveçlə oyunlarda komandasına kömək edə bilməyəcək. Onun zədəsi haqda danışan İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib: "Berardinin zədəsi ciddi deyil. Ancaq ağrılar hiss edir. Həmçinin zədədən yenicə qayıtdığı üçün bir qədər qorxur. Bu səbəbdən o evə qayıtmağı və bərpa olunmağı üstün tutdu".
Qeyd edək ki, daha öncə "Milan"ın müdafiəçisi Luka Antonelli zədə səbəbindən yığmadan kənarlaşdırılıb.