İtaliya millisinin heyətində dəyişiklik edildi

"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da Bakıda millimizlə qarşılaşacaq İtaliya yığmasının heyətində dəyişiklik edilib. Qol.Az-ın İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Milan"ın müdafiəçisi Luka Antonelli yığmadan kənarlaşdırılıb. Buna onun A Seriyasının 7-ci turunda "Sampdoriya" ilə görüşdə zədələnməsi səbəb olub. Antonellini İtaliya millisində "İnter"in müdafiəçisi Davide Santon əvəzləyəcək.

Qeyd edək ki, oktyabrın 10-da Bakıda millimizin qonağı olacaq İtaliya yığması 3 gün sonra evdə Norveçi qəbul edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31