"İnter"in futbolçusu zədə üzündən Azərbaycana qarşı oyunu buraxacaq
6 Oktyabr 2015 11:20 İdman"Milan"ın müdafiəçisi Luka Antonelli futbol üzrə İtaliya yığma komandasında Davide Santonu əvəz edəcək."Report" xəbər verir ki, bu barədə "skuadra adzurra"nın saytında məlumat verilib.Məlumata görə, "İnter"in futbolçusu İtaliya "A" Seriyasının 7-ci turunda "Sampdoriya" ilə keçirilən oyunda (1:4) zədələnərək matçı sonadək davam etdirə bilməyib.Qeyd edək ki, İtaliya Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.Antonelli cari mövsümdə "Milan"ın dörd oyununda çıxış edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31