Bolqarıstan - Azərbaycan matçının biletləri satışa çıxarılır
5 Oktyabr 2015 19:53 İdman"Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Bolqarıstan - Azərbaycan matçının biletləri oktyabrın 7-də satışa çıxarılacaq. Qol.Az-ın Bolqarıstan Futbol Federasiyasına istinadən verdiyi məlumata görə, artıq biletlərin qiyməti də məlumdur. B və Q sektorlara biletlərin qiyməti 7 lev (təqribən 4,2 manat), V sektoruna isə 15 levdir (təqribən 9 manat). Azarkeşlər A sektoruna biletləri əldə etmək üçün 20 levindən (təqribən 12 manat) keçməli olacaqlar.
Qeyd edək ki, "Vasil Levski" stadionunda keçiriləcək Bolqarıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31