Dünya qolfunun əfsanəsi Colin Montgomerie Dreamland Qolf Klubunun rəsmi açılışında iştirak etdi

Azərbaycana ilk dəfə gələn Ryder kubokunun qalibi olmuş Colin Montgomerie (Kolin Montqomeri) 4 oktyabr tarixində Dreamland Qolf Klubunun rəsmi açılışında iştirak etdi. Dünya şöhrətli məşhur qolf memarı Cynthia Dye (Sintiya Day) tərəfindən dizayn edilən paytaxt Bakının ilk qolf sahəsi rəsmi olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən açıq elan edildikdən sonra Colin Montgomerie beynəlxalq turnirlərin keçirilməsi imkanlarına sahib olan qolf sahəsində ilk atışını etdi. Colin Montgomerie kiçik yaşlı qolfçularla görüşərək onlara qolf dərsləri də verdi. Bundan başqa müxtəlif ölkələrdən qonaq gəlmiş və 4 oktyabr tarixində özəl təşkil edilmiş qolf turnirində iştirak edən hər bir qolfçu Colin Montgomerie ilə birgə qolf atışları etmək imkanı qazandılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31