AFFA-dan azarkeşlərə müraciət: oyuna 4 saat tez gəlin
3 Oktyabr 2015 16:32 İdmanAFFA Azərbaycan - İtaliya oyunu ilə bağlı azarkeşlərə müraciət edib.Trend-in məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, saat 21:00-da Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyunu ilə əlaqədar 2 vacib məlumatı azarkeşlərin diqqətinə çatdırır:- Oyunun başlanmasına 4 saat qalmış Bakı Olimpiya Stadionuna gələcək azarkeşlər İtaliya Futbol Federasiyası tərəfindən Bakıya gətiriləcək Dünya kuboku ilə şəkil çəkdirmək imkanı qazanacaqlar;- Bakı Olimpiya Stadionunun avtomobil dayanacağında cəmi 2500 avtomobilin parklanması üçün yer olduğuna görə oyuna daha tez gələn azarkeşlər avtomobilini orada saxlaya biləcək və nəqliyyat vasitələrinə dayanacaqda nəzarət olunacaq.